SİYASƏT

Hit : 87

Erməni politoloqların canlı yayımla Qarabağ müzakirəsi başlandı.. - VİDEO

Erməni politoloqların canlı yayımla Qarabağ müzakirəsi başlandı.. - VİDEO

13:14, 05.02.2020

"Torpaqları 30 ilə yaxındır işğal altında qalan Azərbaycan üçün belə işlər hələ tezdir, hə?.."

İrəvanda müstəqil sayılan politoloq və hüquq müdafiəçilərinin “Artsax- böyük dəyişikliklər ərəfəsində” adlı panel müzakirələri başlanıb. 

 

Erməni saytlarının yaydığı məlumata görə, Azərbaycana və Türkiyəyə qarşı qatı düşmənçiliyi ilə seçilən “Voskapanat” analitik mərkəzi tərəfindən təşkil edilmiş diskussiyada Ermənistan təhlükəsizlik şurasının keçmiş katibi, prezidentin Qarabağ üzrə keçmiş xüsusi nümayəndəsi David Şahnazaryan, “Daşnaksütyun” partiyasının keçmiş lideri, Sankt-Peterburqdakı sabiq konsul və keçmiş deputat Ruben Akopyan, politoloq Karen Bekaryan və digərləri iştirak edir.


P.S. Söhbət hələlik düşmən ölkə nümayəndələrinin Qarabağ məsələsi, Azərbaycan və Türkiyə barədə konkret nə danışmalarndan getmir. Ancaq o da məlumdur ki, adları çəkilən ermənilər müzakirə zamanı mövcud Paşinyan hakimiyyətinin mövqeyini də kəskin tənqid edirlər... Sadəcə, təbii sual yaranır ki, torpaqları 30 ilə yaxındır işğal altında qalan Azərbaycanda da hələ dövlət, Milli Məclis səviyyəsində demirik, heç olmasa, tanınmış diplomat, politoloq, jurnalistlər və s. səviyyəsində də canlı müzakirələr keçirmək hələ tezdir?..

/Moderator.az/

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər