SİYASƏT

Hit : 90

Ərdoğan: “Türkiyə və Rusiya arasında heç bir gərginlik yoxdur”

Ərdoğan: “Türkiyə və Rusiya arasında heç bir gərginlik yoxdur”

22:34, 04.02.2020

“Hazırkı mərhələdə Rusiya ilə gərginliyə, ya da ziddiyyətə girməyə ehtiyac yoxdur. Rusiya ilə çox ciddi strateji əməkdaşlığımız var”.

Unikal.org-un “Anadolu”ya istinadən verdiyi xəbərə görə bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan ölkəsinə qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

 

O, Suriyanın İdlib bölgəsindəki vəziyyətə də toxunub: “Təbii ki, rejim üçün bunun nəticələri də olacaq. Əməliyyatların Əsəd rejiminə ciddi bir dərs olduğu qənaətindəyəm, amma dayanmayacağıq, eyni qətiyyətlə davam edəcəyik. Əlbəttə, müşahidə məntəqələrimiz həyati rol oynayır və yerlərində qalacaqlar”.

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər