SİYASƏT

Hit : 186

Ərdoğan Putinə Türkiyəni Suriya ilə «təkbətək» qoymağı təklif edib

Ərdoğan Putinə Türkiyəni Suriya ilə «təkbətək» qoymağı təklif edib

21:29, 29.02.2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, rusiyalı həmkarı Vladimir Putini Suriya hökuməti ilə Türkiyəni "təkbətək" qoymağa çağırıb...

 

İnterAz-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə bu barədə Ərdoğan özü açıqlama verib.

 

"Suriya məsələsi  macəra və ya sərhədləri genişləndirmək istəyi deyil. Biz oraya (Suriya prezidenti Bəşər) Əsədin dəvəti ilə deyil, Suriya xalqının dəvəti ilə daxil olduq. Xalq bizə bu torpaqlardan getməyimiz təklif edənə qədər biz ordan çıxmayacayıq. Mən Putinə: "Bizi rejimlə təkbətək qoy, özümüz lazım olanı edəcəyik", Ərdoğan deyib.

 

"2100-dən çox Suriya hərbçisini, 300 hərbi nəqliyyat vasitəsini, yeddi kimyəvi anbarı məhv etdik. Biz onları məhv etməyə davam edəcəyik", o bildirib.

Onun sözlərinə görə, Suriya ordusunun İdlibdəki hava hücumu zamanı Türkiyə ordusundan ölənlərin sayı 36 nəfərə çatıb.

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər