DÜNYA

Hit : 814

Ən-Nusra bir gündə bu qədər itki verməmişdi – 850 ölü

09:48, 21.09.2017

Ən-Nusra Cəbhəsi 2 gün öncə İdlib əyalətinin cənubunda və Həma əyalətinin şimalında irimiqyaslı hücuma keçsə də Suriya Ordusu, Milli Müdafiə Qüvvələri havadan isə Rusiya aviasiyasının hədəfinə tuş gəlib.

İslaminSesi.info İnterFax-a istinadla bildirir ki, Rusiya Müdafiə Nazirliyinin mənbələri bu hücumda ən-Nusra Cəbhəsinin ümumilkdə 850 terrorçusunun məhv edildiyini və 10-dan artıq tank və BMP-in sıradan çıaxrıldığını yazıb.

 

Məlumata görə terrorçuların 2 tankı və 1 BMP-i qənimət olaraq götürülüb.

 

Qeyd edək ki, Həma əyalətinin şimalı və İdlib əyalətinin cənubu Astana danışıqlarının nəticələrinə əsasən atəşkəs bölgələrindən biri idi. Son hücumda əsasən Nusra Cəbhəsinin uyğur və Orta Asiyalı kamikadzelərindən ibarət taboru iştirak edirdi ki bu taborun demək olar tam məhv edildiyi bildirilir.

 

Suriya Ordusu mənbələri də 25 əsgər və hərbçisini itirdiyini bildirib.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər