İSLAM

Hit : 1286

Əllamə Həsənzadə Amilidən sosial şəbəkə fəaliyyəti ilə bağlı 12 qızıl nəsihət

Əllamə Həsənzadə Amilidən sosial şəbəkə fəaliyyəti ilə bağlı 12 qızıl nəsihət

22:14, 31.12.2019

Əllamə Həsənzadə Amilinin virtual dünya və sosial şəbəkə istifadəçilərinə 12 qızıl məsləhəti.

 

*1. Paylaşılan haqq kəlamları təkrar bölüşməklə onları yenidən dirildi.

 

*2.  Batil olan hər şeyi tərk etməklə onları məhv edin

 

*3.  Şəriətə uyğun olmayan və ya şəriətin qadağan etdiyi şəkillərə baxmaqdan ciddi şəkildə çəkinin.

 

*4.   Faydasız və bayağı mübahisələrdən çəkinin.

 

*5.   Xalqları, millətləri, şəxsiyyətləri, dinləri, məzhəbləri, müqəddəs sayılan hər şeyi məsxərə etməkdən, onlara aid edilən lətifələri yazmaqdan, danışmaqdan və paylaşmaqdan çəkinin.

 

*6.   Şayələrin mənbəyi olmayın. Paylaşdığınız hər xəbərin, dastanın və hədisin sənədini dəqiqləşdirmədən paylaşmayın.

 

*7.   Çalışın paylaşdığınız hər xəbər (qiyamət günü) sizin əleyhinizə deyil, lehinizə faydalı olsun.

 

*8.   Çalışın daim xeyrin açarı, şərin qıfılı olun.

 

*9.   "Paylaşmışdılar deyə mən də bölüşdüm" deməyin! Bilin ki, paylaşdığınız hər mətn sizin imzanızladır və siz bundan məsuliyyət daşıyırsız.

 

*10.   Hazırkı texnologiyadan maksimum şəkildə öz xeyrinizə faydalanın. Sosial və virtual aləmdən insanların islahı üçün çalışın. Onları İlahiyə dəvət edərək pis işlərdən çəkindirib yaxşı işlərə dəvət edin. Onları mədəni maarifə, elmə, təhsilə yönləndirərək bu yolda əlinizdən gələni əsirgəməyib. Bir sözlə insanların islahı üçün saf niyyətlə xidmət edin.

 

*11.   Haqqı hər şeydən üstün tutaraq onu qəbul etməkdən hər nəyin bahasına olursa olsun heç nədən çəkinməyin. Və bunun əksi üçün dirəniş göstərməyin.

 

*12.   Bunu da bilin ki, bütün yazı və təsvirləriniz sizin şəxsiyyətinizin göstəricisidir .

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər