DÜNYA

Hit : 23

əl-Xəlildə ehtiyaclılara 22 min isti yemək paylanıldı - Fələstin

əl-Xəlildə ehtiyaclılara 22 min isti yemək paylanıldı - Fələstin

14:49, 15.05.2020

Fələstinin əl-Xəlil şəhərinin Həzrət İbrahim peyğəmbər (s) hərəminin xeyriyyə mərkəzi mübarək Ramazan ayının əvvəlindən indiyədək ehtiyaclılara 22 min porsdan çox isti yemək paylanılmışdır.

Al-Xəlil şəhərinin Həzrət İbrahim peyğəmbər (s) hərəminin xeyriyyə mərkəzi rəisi Lui əl-Xətib bu barədə deyib: Bu mərkəz koronavirus pandemiyasının yaratdığı böhran dövründə tətil olmayıb və həmişə ehtiyaclılara yemək hazırlayıb.

O əlavə edib: Xeyriyyə mərkəzi tərəfindən mübarək Ramazan ayında indiyədək 22 min 200 yemək bütün sanitariya qaydalarına riayət edilərək ehtiyaclılara paylanılıb.

əl-Xətib təkcə mübarək Ramazan ayının ilk günündə 9 min ailəyə yemək çatdırıldığına işarə edərək deyib: Xeyriyyə mərkəzinin işçiləri hər gün səhər saat 99:00-da yeməyi payalamağa başlayırlar. Koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərə görə yeməklərin paylanılması üçün çox vaxt sərf edilir.

Qeyd edək ki, Fələstinin əl-Xəlil şəhərinin Həzrət İbrahim peyğəmbər (s) hərəminin xeyriyyə mərkəzi çox qədim bir təşkilatdır. Bu təşkilat Səlahuddin Əyyubi dövründə təsis edilmişdir. Təşkilat hazırda Fələstinli xeyriyyəçilərin maddi dəstəyi ilə idarə edilir.

 

İQNA

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər