ARAŞDIRMA

Hit : 66

Ekspertlər açıqladı - Ən etibarsız parol hansıdır?

Ekspertlər açıqladı - Ən etibarsız parol hansıdır?

12:47, 23.09.2019

Almaniyanın antivirus tərtibatçısı “Avira” şirkəti, dünyanın ən etibarsız parolu haqqında məlumat yayıb və bu, 12345 parolu deyil.

İslaminSesi xəbər verir ki, tədqiqatçılar “xakkerlər üçün tələ” yaradaraq, xakkerlərə bu və ya digər qurğuya istənilən loqin və parol yığaraq daxil olmaq imkanını veriblər. Daha sonra şirkət onların yığdığı parolları analiz edib. Qeyd edək ki, ümumilikdə tədqiqatda 14 125 xakker iştirak edib.


Məlum olub ki, xakkerlərin 25,6%-i “loqin” və “parol” sətrini boş qoyub. Bunun ardınca ekspertlər cihazın özündə quraşdırılmış parol və loqinləri tədqiq etdilər. Bunlara “admin/QWestM0dem” və “admin/airlive” (24%) kimi parollar aid olunur. Şirkət əlavə olaraq qeyd edir ki, istifadəçilərin dəyişmədiyi parollara “admin/admin”, “support/support” və “root/root” daxildir.

 

İstifadəçilərin heç bir günahı yoxdur

 

“Avira” şirkətinin ekspertləri bildirirlər ki, istifadəçilər çox vaxt bu və ya digər cihazın istifadə etdiyi protokollardan xəbərdar olmurlar. Bununla əlaqədar olaraq, “Avira” istifadəçilərə bu haqda əlavə məlumat oxumağı tövsiyə edir. Eyni zamanda, mütəxəssislər ayrı-ayrı saytlarda eyni paroldan istifadə etməyi məsləhət görmürlər. /Banker.az/

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər