SOSİAL

Hit : 145

“Əhali bilsin ki, 40 manatdan baha bal olmur” – Arıçı təbii balın sirlərini AÇDI

“Əhali bilsin ki, 40 manatdan baha bal olmur” – Arıçı təbii balın sirlərini AÇDI

11:51, 17.08.2019

Bal arılar tərəfindən bitkilərdən toplanan, çox güclü şəfaverici təsiri olan təbii qidadır. Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır.

 

Arıçılar Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Elvin Bayramlı balın bu ilki qiymətləri barədə Modern.az-a danışıb. O, təbii balın 1 kiloqramının 20-40 manata arasında dəyişdiyini deyib. 40 manatdan baha satılan bal isə onun fikrincə, marketinq gedişidir.

 

“Təbii balın bir kiloqramı 20-40 manat arası dəyişir. Elə olur ki,  satıclar balı 70 -80  manata təklif edirlər, bu marketinqdən başqa bir şey deyil. Əhali bilsin ki, 40 manatdan baha bal olmur”. Təbii bal iki cür olur. Çiçək balı bütün çiçəklərdən toplanır, digəri isə həşəratların şirəsindən yığılır. Arı öz qidası üçün çiçəyin nektarını  toplayır, ona müəyyən fermentlər qatır və  şanına yığır. Yaxşı bala çox az hallarda rast gəlinir. Əsasən  bu bal növü ağacların şirəsindən və həşəratlardan ibarət olur. Yerdə qalan bütün təbii bal çiçək balı adlanır”.

 

Elçin Bayramlı yaz və payız ballarının özəlliklərindən də danışıb.

“Azərbaycanda əvvəlki illərə nəzər yetirsək, balı adətən avqust ayında süzürdülər. Artıq dövr dəyişib məsələn keçən il  aprel ayından başlayaraq süzməyə başladılar. Arıçılığın mövsümü isə fevral ayından başlayır. Ancaq arıçı üçün yaz payızdan başlayır, bu o deməkdir ki, yaz balı əldə etmək üçün arılara avqust ayının sonlarından qulluq edirlər. Sarmaşıq bitkisinin balı var ki, adı həmişəgöyəm adlanır. Bu bal digərlərindən fərqli olaraq, oktyabr ayında süzülür. Bu bal Azərbaycanda yeganə bal  hesab edilir. Müəyyən istisna ballar da olur ki, sentyabrda süzülür buna süpürgə balı deyilir”.

 

Ekspertin fikrincə, ən yaxşı bal Kəlbəcər-Laçın regionunda olur.

“Azərbaycanın ümumi ərazi bölgəsini götürdükdə ən yaxşı bal Kəlbəcər – Laçın iqtisadi rayonu hesab edilirdi. Təssüf ki, o ərazilər düşmən tapdağı altındadır. Hazırda isə Şəki, Zaqatala, İsmayıllı, Ağsu bölgəsidir. Bu bölgənin balı həm dadlı , həmdə  təbii hesab olunur. Kütləvi olaraq bal yığımında  həcm olaraq aran bölglərini də qeyd edə bilərəm. Bu il Azərbaycanda ən çox balı Kürqırağı ərazilərdən yığdılar. Bir arı yeşiyindən 100 kq bal əldə olundu. Bu kifayət qədər böyük bir rəqəmdir. Son dövrlərdə aran bölgəsinin balına təlabat çox olur. İsmayıllı balı daha yüksək keyfiyyətə malikdir. Çiçək və yem potensialına görə bu ərazilərdə daha çox arı ailələri olur. Arıçılıq meyvəçilikdən fərqli olaraq, bir yerə bağlı olmur. Məsələn biz Ağstafadakı arıxananı müxtəlif rayonlara apara bilirik. Belə deyək bir Ağstafalı arıçıdan İsmayıllı balını almaq mümkündür. Həmin arıçı iyul ayında balı İsmayıllıya apara  bilər və orda da süzər”.

 

 O, təbii balı  saxta baldan necə seçməyin yolları ilə də bölüşdü.

“Təbii balı saxta baldan seçmək bir az çətin məsələdir. İnsanlar belə fikirləşirlər ki,əgər bal yanırsa demək həqiqidir yaxud yod qatmaqla həqiqiliyin üzə çıxır. Bu kimi vasitələrlə balın həqiqiliyini yoxlamaq mümkün deyil. Əgər mümkün olsaydı, böyük şirkət sahibləri neçəsə milyon pul ayırıb laboratoriya açmazdı. Hətta bal mütəxəssisi belə olur ki, aldanır. Hər il ölkədə oktyabr ayında təxminən 30 gün ərzində bal yarmarkası keçirilir. Bu il də keçiriləcəyi gözlənilir”.

 

Elnur Bayramlı balla bağlı statistikanı da açıqlayıb:

 “Azərbaycanda balla bağlı istehlak qabilliyəti bilinmir. Statistikaya nəzər salsaq köhə rəqəmlər özünü göstərir. Arı sayı əvvəlki illərlə  müqayisədə xeyli artıb. Statistika Komitəsi  təxminən 250- 270 min arı ailəsinin oluğunu hesablamışdı. 2019 cu ilin hesablamalarına görə arıların sayı 420 mindən artıqdır. Hər arı ailəsinə 10 manat verməklə 4 milyon 200 mindən artıq pul ödənilib. Nəzərə alaq ki, qeydiyyata düşməyənlərlə birlikdə 450 minə yaxın arı ailəsi var. Bu böyük göstəricidir. Ölkəyə kənardan daxil olan bala qadağa qoymaq lazımdır. Azərbaycan arıçıları ölkəni balla təmin etmək gücünə qadirdir. Assosasiya olaraq , Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və Prezident Aparatına yazılı müraciətlər göndərəciyik ki, ölkəyə idxal olunan bala əlavə rüsumlar təyin olunsun yaxud da idxal olunacaq balı dayandırsın. Əsas yerli balın satılmasıdır. Məqsədimiz idxala qarşı mübarizə aparmaqdır. İstehsal lazımı səviyyədədir, hətta xarici ölkələrə idxal da edirik. Nümunə kimi, Yaponiyanı göstərə bilərəm ki, 30 tona yaxın bal ixrac olunub”.

DİGƏR SOSİAL XƏBƏRLƏRİ

bütün xəbərlər