İSLAM

Hit : 96

Əgər bir kitab insan cildinə düşərsə, onda Quran Peyğəmbər (s) olar...

Əgər bir kitab insan cildinə düşərsə, onda Quran Peyğəmbər (s) olar...

09:56, 08.11.2019

Ayətullah Cavadi Amuli, Həzrət Peyğəmbərin (s) uca məqamı haqqında danışmış və buyurmuşdur: “Əziz Rəsulumuzun (s) uca məqamı haqqında Quran çox söz demişdir. Allah onu Öz şagirdi kimi tanıtmışdır. Bu müqəddəs insan dünyanı öz Kitabı ilə idarə etmişdir. O zaman ki, söhbət Həzrətdən (s) düşərdi, Quran onu rəhmət kimi tanıdardı.

 
Qurani-Kərim əvvəldən axıra qədər Həzrətdən (s) bəhs etmişdir. O zaman ki, deyilər, Peyğəmbərin (s) şəxsiyyəti – Quran deyər ki, Həzrətin (s) şəxsiyyət vəsiqəsi mənəm. Əgər onu yaxşı tanımaq istəyirsinizsə, mənə müraciət edin. Bu səbəbdən Peyğəmbər (s) dedikdə Quran, Quran dedikdə Peyğəmbər (s) yada düşər. Əgər bir insan kitab halına düşərsə, onda Peyğəmbər (s) Quran olar. Əgər bir kitab insan cildinə düşərsə, onda Quran Peyğəmbər (s) olar.
 
 
 Bizim iki vəzifəmiz vardır: Biri risaləti dərk etməkdir, ikincisi isə Həzrətin (s) sünnətini əmələ çevirməkdir. Quran buyurur:“Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. (“Əhzab” 56).
 
 
 Allah Təala Peyğəmbərin (s) bəzi proqramları haqqında “Əraf” surəsinin sonunda bəhs etmişdir. “O kəslər ki, dərs oxumayıb yazı yazmamış bu elçi və Peyğəmbərə – (adını və peyğəmbərlik nişanələrini) əllərindəki Tövrat və İncildə yazılmış gördükləri şəxsə tabe olurlar (Həmin o Peyğəmbərə ki,) onları hər bir yaxşı işə əmr edir və hər bir pis işdən çəkindirir, onlara (maddi və mənəvi) pakları halal və (maddi və mənəvi) çirkin və murdarları haram edir və boyunlarında olan ağır yükü və zəncirləri(cahiliyyət adətləri və keçmiş şəriətlərin çətin hökmlərini) onların çiynindən götürür. Beləliklə ona iman gətirən, ehtiram göstərən, kömək edən və onunla nazil olan nura (onun Kitabına) tabe olanlar həmin nicat tapanlardır!”. (“Əraf” 157).
 
 
 İmam Əli (ə) Həzrət Peyğəmbər (s) haqqında “Nəhcul-bəlağə”də bəhs etmiş və buyurmuşdur: “Besət zamanı dünya elə idi ki, bəziləri kafir idilər, bəziləri müşrik idilər. Sənəm və Vəsən onların Allahları idi. Pakliğa əməl etmirdilər. Sağlam suya malik deyildirlər. Daxili rəhmləri yoxidi. Sağlam iqtisada malik deyildirlər.
 
Allahın Rəsulu (s) gəldi və şirki, küfrü aradan qaldırdı Tövhidi şirkin yerinə qoydu. Vəsən və Sənəmi aradan qaldırdı””. (İslami saytlara istinadən)
 
 
/Deyerler.org/

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər