MƏDƏNİYYƏT

Hit : 1104

Dünyanın tarixi incilərindən biri olan Tac Mahal dağıdıla bilər

Dünyanın tarixi incilərindən biri olan Tac Mahal dağıdıla bilər

11:11, 14.07.2018

Hindistanın Ali məhkəməsi bildirib ki, Tac Mahal dağıdıla bilər.

İslaminSesi Hindustan Times-a istinadən bildirir ki, artıq mavzoleyin tamamilə dağılması göz önündədir. Tac Mahalın 350 il öncə tikildiyi məkanda ağ mərmərlər tamamilə zədələnib və çirk qatına bürünüb. Hindistan hökumətinə məktub yazaraq müraciət edən Ali məhkəmənin hakimi bu problemin 3 həll yolunu göstərib: Tac Mahalın bağlanması, dağıdılması və restavrasiyası. 

 

Hökumət artıq bu məktuba reaksiya verib. Onlar bildiriblər ki, bu məsələ ilə Hindistanın texniki universiteti məşğul olacaq. Onlar yaxın  4 ayda bu məsələ barədə qərar verəcəklər. 

 

Qeyd edək ki, Tac Mahal Hindistanda Aqra şəhərində yerləşir. Mavzoley 1653-cü ildə Şah Cahan tərəfindən tikilib. 1983-cü ildə Tac Mahal YUNESKO tərəfindən dünya mədəniyyət irsinə daxil edilib. Statistikaya əsasən onu hər gün 200 min insan ziyarət edir. 

DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

bütün xəbərlər