İDMAN

Hit : 436

Dünyanın ən yüksək maaşlı futbolçusunun adı açıqlanıb

Dünyanın ən yüksək maaşlı futbolçusunun adı açıqlanıb

11:28, 02.04.2019

France Football dünya futbolçuları arasında ən yüksək maaş alan 5 futbolçusunun adını açıqlayıb.

İslaminSesi-nin verdiyi xəbərə görə, bu haqda "Sovetskiy sport" saytı yazır.

 

Reytinqdə birinci yeri Argentina yığmasının və "Barselona"nın hücumçusu Lionel Messi tutub. O, ilə 130 milyon avro alır.

 

Daha sonra Portuqaliya milli komandasının və "Yuventus"un hücumçusu Kriştianu Ronaldu (113 milyon avro) və Braziliya yığmasının və "PSJ"nın hücumçusu Neymarın (91,5 milyon avro) adı çəkilir.

 

Dördüncü yerdə Madridin "Atletiko" komandasından olan Antuan Qrizmann (44 milyon avro), beşincidə isə Uels yığmasının və "Real"ın hücumçusu Qaret Beyldır ( 40,2 milyon avro).

 

Qeyd edək ki, ən yüksək maaşlı məşqçi isə "Atletiko" məşqçisi Dieqo Simeone elan olunub. O, ilə 41 milyon avro alır.

DİGƏR İDMAN XƏBƏRLƏRİ

bütün xəbərlər