DÜNYA

Hit : 80

Dünya Aşuranı anır – Hidistan Kəşmirə icazə vermir

Dünya Aşuranı anır – Hidistan Kəşmirə icazə vermir

15:34, 10.09.2019

Kəşmir müsəlmanlarına Aşura günün qeyd etməyə icazə verilmədi.

 

İslaminSesi iraq.shafaqna-ya istinadən xəbər verir ki, dünyanın əksər ölkələrində olduğu kimi Kəşmirdə də İmam Hüseyn  (ə)-ın əzadarlıq mərasimləri keçirilib. Lakin Hindistanın idarə etdiyi Kəşmirin bir neçə hissəsində komendant saatı tətbiq etdilib.  Əhli_beyt ardıcıllarına İmam Hüseynin (ə) şəhadətini qeyd etmək üçün dini mərasimlərin təşkili qadağan edilib.

 

Hindistan polisi insanlara evlərindən çıxmamaq göstərişi verib.

 

Lakin buna baxmayaraq insanlar “Ya Hüseyn” şüarları ilə küçələrdə yürüş keçiriblər. Polislə toqquşma baş verib. Qarşıdurma gecə yarısına qədər davam edib. Polis insalara güc tətbiq edib, gözyaşardıcı qazdan istifadə edib.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər