ÖLKƏ

Hit : 109

Dünənin yol qəzaları - 5 hadisə: 6 ölü, 6 yaralı

Dünənin yol qəzaları - 5 hadisə: 6 ölü, 6 yaralı

13:38, 02.03.2020

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən 2 gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılıb.

 

İslaminSesi bildirir ki, Daxili İşlər Nazirliyinindən  verilən məlumatına görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə, ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər