ÖLKƏ

Hit : 78

DİN: Ötən gün yol qəzalarında 3 nəfər ölüb

DİN: Ötən gün yol qəzalarında 3 nəfər ölüb

10:41, 12.09.2019

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

 

İslaminSesi bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sentyabr ayının 11-də törədilən 19 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətinaçılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmib.

 

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər