SİYASƏT

Hit : 236

Dəvətsiz qonaqların müftə yanacaq əldə etmək düşüncəsi - Akif Heydərli yazır

Dəvətsiz qonaqların müftə yanacaq əldə etmək düşüncəsi - Akif Heydərli yazır

12:48, 26.12.2019

Liviyaya tələsik və qəfil səfər zamanı irəli sürülən iddialar adamı heyran qoyur

Deyirlər fürsət bulud kimidir, gəlir və tez də ötüb keçir. Bu gün dünyanın siyasi mənzərəsi və bu mənzərəni tabloya köçürən güc mərkəzləri dediyim fürsəti əldən buraxmamaq üçün közü öz qabaqlarına çəkir, bundan uzun müddət qızınmaq istəyirlər. Yerin təkindəki enerji daşıyıcıları və yanacaq ehtiyatları tükəndikcə köz uğrunda mübarizədə hər növ hiylə və aldadıcı manevrlərə əl qoyulur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Liviyaya qəfil səfəri bu baxımdan diqqəti cəlb edir.

 

Bəllidir ki, Liviyada Qəzzafi hakimiyyətinin çöküşündən və onun zorakılıqla qətlə yetirilməsindən sonra ölkədə stabillik tam pozulmuşdur. ABŞ-ın yersiz müdaxiləsi ölkəni iki hissəyə bölmüşdür. Bir hissə özünü Milli Birlik Hökuməti elan edən Faiz Siraçın başçılıq etdiyi hakimiyyətdirsə, digəri hərbi gücə malik Xəlifə Həftərin ölkənin demək olar ki, 90 faizinə nəzarət etdiyi hakimiyyətdir. Siraçı Amerika və bu günlərdə hamıya tam bəlli olan Türkiyə dəstəkləyir, himayə edir, Həftəri isə əsasən Misir və Rusiya.

 

Əlbəttə, qəribə olan bunlar deyil. Adamı heyrətdə qoyan Ərdoğanın Liviyaya tələsik və qəfil səfəri zamanı irəli sürdüyü iddiadır. O, açıq-açığına bildirdi ki, Türkiyə dəvət olunmadığı torpaqlara müdaxilə etmir. Və bu gün o, guya buna görə Liviyadadır.

 

Sual olunur: əgər Liviyada sabit hakimiyyət yoxluğu və ölkənin 90 faizinə Türkiyənin 6 dənizçisini qaçıran tərəfin nəzarət ediyi şəraitdə Ərdoğan özünü Liviyaya dəvətli hesab edirsə, bəs görəsən Suriyaya Türkiyə hərbi qüvvələrini çağıran, dəvət edən kim olub? Halbuki Liviyadan fərqli olaraq Suriyada sabit və qanuni hakimiyyət mövcud olduğu halda türk əsgərləri Amerikanın maraqları çərçivəsində və dəvətsiz olaraq yad ölkənin ərazisinin dərinliklərində hərbi əməliyyatlar həyata keçirir. Bütün bunların arxasında ucuz və ya müftə yanacaq ehtiyatlarını əldə etmək düşüncəsi dayanır desək, neft ölkələrinin halını və deməli öz halımızı da başa düşmüş olarıq.

/İslaminSesi/

 

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər