ÖLKƏ

Hit : 129

Dərman vasitələrinin farmakonəzarət qaydası təsdiqlənib

Dərman vasitələrinin farmakonəzarət qaydası təsdiqlənib

20:17, 27.12.2019

Nazirlər Kabineti “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nı təsdiq edib.

 
İslaminSesi xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu Qayda əhalinin daha təhlükəsiz və effektli dərman vasitələri ilə təmin edilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və mövcud boşluqların aradan qaldırılması məqsədilə hazırlanıb.

 

Farmakonəzarətin təşkili dərman vasitələrinin əlavə təsirlərinin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, müvafiq tədqiqatların aparılması və bu sahədə zəruri tədbirlərin görülməsinə dair icra mexanizmlərini tənzimləyəcək. Eyni zamanda Qaydada dərman vasitələrinin əlavə təsirlərinin izlənilməsində və aşkarlanmasında tibb işçiləri və dərman şirkətlərinin məsuliyyət və vəzifələri də müəyyən edilib.

 

Qəbul olunmuş Qayda mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələrinə, dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi və onun müvəkkil etdiyi şəxslərə şamil olunur.


Dərman vasitələrinin farmakonəzarət qaydasının qəbul edilməsi ölkəmizdə farmakonəzarət sisteminin qurulmasına və inkişafına imkan verəcək, dərman dövriyyəsinin bütün iştirakçılarının məsuliyyətini artıracaq və əhalinin təhlükəsiz və keyfiyyətli dərman vasitələri ilə təmin edilməsi üçün zəmin yaradacaq.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər