DÜNYA

Hit : 79

Dəməşq: Türkiyə hərbi texnikası  terrorçulara yardım etmək üçün Xan Şeyxuna girir

Dəməşq: Türkiyə hərbi texnikası terrorçulara yardım etmək üçün Xan Şeyxuna girir

12:16, 19.08.2019

Suriya Xarici İşlər Nazirliyinin rəsmi məlumatına görə Türkiyə hərbi texnikaları terrorçuların son sığınacaq yeri olan İdlib əyalətinə doğru gəlir.

  

“İslaminSesi” bidirir ki, Suriya Xarici İşlər Nazirliyinin rəsmisinin SANA agentliyinə verdiyi açıqlamaya görə Türkiyə zirehli maşınları İdlibin Xan Şeyxun şəhərində mühasirədə sıxışan “ən-Nusra” terrorçularına yardım etmək üçün artıq sərhədləri keçib.

 

Həmçinin mənbə bildirib ki, Suriya Ərəb Respublikası, bu açıq-aşkar Türk müdaxiləsini qəti şəkildə pisləyir və Suriyanın suverenliyini, ərazi bütövlüyünün bu cür kobud şəkildə pozulmasını beynəlxalq hüquq normalarının pozulması hesab edir və buna görə Türkiyə tam məsuliyyət daşıyır.

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər