ARAŞDIRMA

Hit : 34

Daşlar sirli şəkildə hərəkət edir: Alimlər səbəbini izah edə bilmir - FOTO

Daşlar sirli şəkildə hərəkət edir: Alimlər səbəbini izah edə bilmir - FOTO

11:46, 29.05.2020

Arktikada yosun və palçıqdan ibarət yumru toplar (daş kimi möhkəm olduğu üçün biz onları daş adlandıracağıq) naməlum səbəbdən kollektiv şəkildə hərəkət edirlər. Alimlər hələ ki, onların hərəkətinin hansı fiziki qanuna tabe olduğunu anlaya bilməyiblər.

İslaminSesi nat-geo.ru-ya istinadən xəbər verir ki, Arktika buzlaqlarında müşahidə olunan bu çox saylı yosun daşlar 10 il öncə yaranmağa başlayıb və onlar sürü şəklində hərəkət edirlər. Aydaxo Universitetinin mütəxəssisləri doktor Rut Qleyşerin rəhbərliyi altında onların hərəkət traektoriyasını izləyir.

 

“Bu yumurtaya bənzəyən palçıq və yosunun qarışımından yaranıb daş kimi bərkimiş konqlomeratlar buzlaqda bir neçə ərazidə müşahidə olunur. Bu daşlar onurğasız canlılar üçün əsas yaşam mənbəyi hesab oluna bilər. Dörd il apardığımız müşahidələr göstərib ki, onların sürəti gündə 2,5 santimetr təşkil edir. Bu bir daş üçün böyük sürət hesab olunur. Bununla yanaşı onların hərkəti necəsə koordinasiya edilib. Hamısı eyni sürət və eyni istiqamətdə hərəkət edir, daha sonra kollektiv şəkildə istiqamətlərini dəyişirlər. Buzlağın hərəkətini araşdıraraq o qənaətə gəldik ki, bu daşların hərəkəti buzlağın maililiyi ilə əlaqədar deyil. Sirli hərəkətverici qüvvə geniş tədqiqat mövzusu olmalıdır”,- deyə doktor Rut Qleyşer bildirib. /bizimyol.info/

 

Изображение

 

Изображение

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər