SİYASƏT

Hit : 93

Danimarka ABŞ-ın sanksiyalarını dəstəkləmir - İranla əməkdaşlıq davam etdiriləcək

Danimarka ABŞ-ın sanksiyalarını dəstəkləmir - İranla əməkdaşlıq davam etdiriləcək

16:25, 05.02.2020

ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalara baxmayaraq, Danimarka şirkətləri İranda dərman və tibbi preparatlar istehsalı müəssisəsi açacaq.

Bu barədə Danimarkanın İrandakı səfiri Dənni Annan bildirib.

 

O qeyd edib ki, lazımı sənədləşmə işləri iki ay ərzində başa çatacaq və istehsal prosesi başlayacaq. İstehsal olunan dərman və tibbi preparatlar İranın tələbatını ödəməklə yanaşı, qonşu ölkələrə də ixrac ediləcək.


Səfir diqqətə çatdırıb ki, Avropa İttifaqı, həmçinin Danimarka ABŞ-ın sanksiyalarını dəstəkləmir və İran ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün yollar axtarır.


Qeyd olunub ki, sanksiyalar qarşılıqlı əməkdaşlığa zərbə vurduğu kimi, Danimarka iqtisadiyyatına da mənfi təsir göstərir.


Xatırladaq ki, Danimarka və İran əczaçılıq sahəsində sıx əməkdaşlıq əlaqələrinə malik idilər. Bir çox dərmanların hazırlanması üçün İran istehsalçıları xammalı Danimarkadan alırdılar. Lakin ABŞ-ın sanksiyaları bu əməkdaşlığın davam etməsinə imkan vermədi.


Onu da bildirək ki, Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi İranın səhiyyə sahəsinə tətbiq olunan sanksiyaları anti-humanist hesab edərək, ABŞ-dan onların ləğvini tələb edən qərar çıxarıb./AZƏRTAC/

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər