DÜNYA

Hit : 50

Daha bir azərbaycanlı Almaniyada özünə qəsd etdi: Özünü yandırdı

Daha bir azərbaycanlı Almaniyada özünə qəsd etdi: Özünü yandırdı

22:21, 12.09.2019

Almaniyaya mühacirət edən azərbaycanlılar bir-birinin ardınca intihara cəhd göstərir. Bu dəfə Hermeskayl şəhərində həmvətənimiz özünə qəsd edib.

İslaminSesi xəbər verir ki, Emin adlı azərbaycanlı ölkəyə qayıtmamaq üçün özünü yandırıb. Onun Sumqayıt şəhərində doğulduğu, 34 yaşı olduğu bildirilir. Altı aydan çoxdur Hermeskayl şəhərindəki qaçqın düşərgəsində yaşayırmış.

 

“Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin verdiyi məlumata görə, Emin Azərbaycana qayıtmaq haqqında xəbərdarlıq məktubu alandan sonra bu fikrə düşüb. Sosial idarəyə gedib, böyük mübahisə yaranıb. Həmvətənimiz oradaca üzərinə benzin tökərək özünü yandırıb. Emin ağır yanıq xəsarətləri alıb, komaya düşüb. Onu xəstəxanaya vertolyotla çatdırıblar.Bizimyol.info

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər