DÜNYA

Hit : 21

Çindən ABŞ-a sanksiyalı cavab - Siyahıya ən azı 4 konqresmen və 2 təşkilat daxil ediləcək

Çindən ABŞ-a sanksiyalı cavab - Siyahıya ən azı 4 konqresmen və 2 təşkilat daxil ediləcək

15:37, 14.05.2020

Çin hökuməti ABŞ-a məxsus təşkilatlara və bəzi rəsmi şəxslərə sanksiya tətbiq edə bilər.

Bu barədə “Qlobal Tayms” qəzeti məlumat yayıb.

 

Bildirilir ki, COVİD-19-la bağlı ABŞ-ın Çinə qarşı sanksiyalara hazırlaşması Pekin rəhbərliyini narahat edib.


“Mütəxəssislərin fikrinə əsasən, Çinin sanksiya siyahısına ən azı 4 konqres üzvü və 2 təşkilat daxil ediləcək”, - məlumatda bildirilib.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp respublikaçı senator Lindsi Qrehemin Çinə qarşı sanksiyaların tətbiqi üçün hazırladığı qanun layihəsini nəzərdən keçirməyi planlaşdırır./axar.az/

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər