ÖLKƏ

Hit : 86

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər SAXLANILDI

16:18, 17.01.2020

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılmışdır.

 

İslaminSesi bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər