MƏDƏNİYYƏT

Hit : 1413

Çəhrayı və ya tərəvəz ətirli duz - İnanılmaz görüntülər

Çəhrayı və ya tərəvəz ətirli duz - İnanılmaz görüntülər

14:57, 27.02.2018

İslaminSesi sizə mətbəxdə ədviyyatların hazırlanma qaydalarını əks etdirən videonu təqdim edir. Çəhrayı və ya tərəvəz ətirli duz eşitmisiniz?

Sizə 4 növdə hazırlaya biləcəyiniz duzları təqdim edirik. 

1. Tərəvəz ətirli duzu hazırlamaq üçün kərəviz sapını, yerkökünü, qurudulmuş pomidoru və cəfəri sapını xırda-xırda doğrayırıq. Sonra ona xorək duzunu da əlavə edib mətbəx aparatında həll edirik. Ardınca onu sobada 150 dərəcədə 1 saat saxlayırıq. 1 saat sonra artıq bizim tərəvəz ətirli duzumuz var. 

 

2. 1 baş sarımsaq, bir az kəklikotu, azca rozmarini doğrayıb duzla mətbəx aparatında həll edirik. Sonra sobada 180 dərəcədə 1 saat saxlayırıq. Artıq sarımsaq ətirli duz əldə etmiş oluruq.

 

3. 2 ədəd quru acı bibər, 8-9 ədəd qara bibər toxumunu duzla həll edirik. Sonra 100 dərəcədə 1 saat sobada saxlayırıq. Acı bibər ətirli duz. 

 

4. Çuğundurun dördə birini bişiririk. Sonra onu duzla mətbəx aparatında həll edirik. 150 dərəcədə 1 saat saxlayırıq. Çəhrayı duz əldə etmiş oluruq. 

 

DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

bütün xəbərlər