MÖVQE

Hit : 1960

Bura bizim Vətəndir! - Sələfi-vəhhabilər şəhidlərimizi niyə ziyarət etmir?

Bura bizim Vətəndir! - Sələfi-vəhhabilər şəhidlərimizi niyə ziyarət etmir?

01:31, 20.01.2020

Niyə sələfi-vəhhabilər şəhidlərinin məzarını ziyarət etmir?

Hər il “20 Yanvar”, “Xocalı faciəsi”, “31 Mart soyqırımı” və bu qəbildən olan günlərdə “niyə sələfi-vəhhabilər 20 Yanvar şəhidlərinin məzarını ziyarət etmir” deyə soruşanlar bu azğın, təkfirçilərin illər öncə şəhidlərimizi təhqir etmələrini, nə tez unudurlar? Şəhidləri “leş”,  “alkaş”, “fahişə”  yaşadığımız ölkəni “tağut” elan edən azğınların o mübarək və müqəddəs şəhid məzarlığına ayaq basmalarına mənəvi haqları varmı?!

 

Şəhidlər barədə bu cür kobud, çirkin və heç bir əxlaqi normalara sığmıyan ifadələri işlədənlərin şəhidlikdən anladıqları heç bir şey yoxdur.

 

Şəhid məzarları bu dünyada bizim üçün əlçatan və eyni zamanda ən böyük mənəvi xəzinələrdən biridir. Şəhid məzarları, dualarımızın qəbul olunduğu müqəddəs məkanlardan heç də geri qalmır. Şəhid məzarları bizlər üçün təvəssül və təbərrük qaynağıdır. Bu mənəvi xəzinənin əsl mahiyyətindən xəbərsiz olduğumuzdan, ondan lazımı qədər istifadə edə bilmirik. Bu fəzilətləri artırmaq olar. Hədislərə əsasən şəhid o kəsdir ki, ilk damcı qanı yerə töküldüyü andan etibarən bütün günahları bağışlanır. Deməli şəhid = Pak, təmiz bir insan nümunəsi. Şəhid məzarları Qurana əsasən, ilahi əlamət, nişanə, simvoldur. (“Həcc” surəsi, 32)

 

Maraqlıdr sözdə “vətən”, “şəhidlik” şüarlarını səsləndirənlər niyə bu vətən uğrunda şəhid olan, bu vətənin övladlarını yad etmir?! Qadın paltarı geyinərək “cihad” adı altında terror üçün müxtəlif ölkələrə gedən sələfi-vəhhabilər əgər səmimidirlərsə, nə üçün bu vətənin azadlığı uğrunda canından keçənləri yad edib, xatirələrini yaşatmırlar?!

Əminliklə və mübaliğə etmədən deyə bilərik ki, bu azğın firqə üçün heç bir müqəddəs və mənəvi dəyər yoxdur. Çünki onlar maddiyyat üzərində qurulan, müqəddəs İslam dini ilə heç bir əlaqəsi olmayan, İslam düşmənlərinin əllərində oyuncağa çevrilən zavallı ünsürlərdir. Onlar sadəcə onlara kənardan  ötürülən fikirləri robut kimi, düşünüb, təhlil etmədən həyata keçirirlər.

 

Yəqin ki, vəhhabi şeyxlərindən olan Mərcan Salim əl-Cövhərinin azərbaycanlı bir vəhhabinin 20 Yanvarla bağlı verdiyi sualın cavabı yadınızdadır. Verilən cavabda bu cümlə diqqət çəkir:  “20 Yanvar şəhidlərinə mərasim keçirmək şirkdir və İslam şəriəti ona müxalifdir”. Daha sonra əlavə edib: “Bundan əvvəl İslamda 20 Yanvar xatirəsinin əzizlənməsi adlı bir şey yox idi. Bu, İslam düşmənləri tərəfindən müsəlmanlara qəbul etdirilmişdir”, - deyə əlavə edib.

 

Sələfi-vəhhabi şeyxlərinin bu istiqamətdəki “təbliğat”ları ölkəmizin insanlarındakı vətən, şəhidlik, qəhrəmanlıq ruhiyyəsinə zərrə qədər də təsir etmədi. Çünki bu xalq vətəni, anası qədər müqəddəs, əziz, hörmətli və uğrunda öləcək qədər çox sevir. Çünki bu xalq “vətən uğrunda ölən varsa vətəndir” şüarını təkcə dildə deyil, əməli şəkildə də göstərib və göstərəcəkdir. Şəhid Mübarizlər, Fəridlər, Mahirlər bir daha öz qanları ilə tarix yazaraq sübut etdilər ki, istənilən an bu vətən üçün ölməyi, şəhid olmağı özlərinə şərəf bilirlər.

 

İllər boyunca xalqımız uşaqlı, böyüklü, hər il şəhidlərimizi ziyarət edir, onların ruhlarına dua oxuyur və mübarək məzarlarına təvəssül və təbərrük edirlər. Bu məzarlar hər bir müsəlman üçün əziz, hörmətli və müqəddəsdir. Allah şəhidlərimizə rəhmət eləsin.

İslaminSesi

Mahir Şəkərov, İlahiyyatçı, araşdırmaçı

 

 

DİGƏR MÖVQE XƏBƏRLƏRİ

bütün xəbərlər