SİYASƏT

Hit : 198

“Bu gün Suriyada baş verənlər daha çox Qərbin marağına uyğun gəlir”

“Bu gün Suriyada baş verənlər daha çox Qərbin marağına uyğun gəlir”

11:24, 29.02.2020

Zərdüşt Əlizadə: "Ölkə müharibə meydanına çevrilib və bundan ən çox əziyyət çəkən sadə Suriya vətəndaşlarıdır”

“Bu gün Suriyada baş verənlər daha çox Qərbin marağına uyğun gəlir”.

 

Bunu politoloq Zərdüşt Əlizadə bildirib. Ekspertin fikrincə, Əsəd hakimiyyətinin devrilməsində maraqlı olan Qərb, əvvəlki illərdə olduğu kimi bu gün də eyni siyasəti yürütməkdədir:


“Bu gün Suriyada müxtəlif dövlətlərin hərbi qüvvələri mövcuddur. Ölkə müharibə meydanına çevrilib və bundan ən çox əziyyət çəkən sadə Suriya vəətndaşlarıdır.


Qərb ilk gündən Əsədin hakimiyyətdən getməsinə maraq göstərib və bu gün də eyni mövqeni nümayiş etdirir. Odur ki, Əsəd hakimiyyətinə qarşı silahlı müqavimət Qərbin marağına uyğun gəlir.


Bu gün türk ordusu da Suriyadakı əməliyyatlada iştirak edir. Hesab edirəm ki, hərbi əməliyyatların uzanması Türkiyə üçün əlavə problemlər yarada bilər. Bu səbəbdən zənnimcə, bu əməliyyatların yekunlaşması daha məqsədəuyğun olar”./Moderator.az/

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər