SİYASƏT

Hit : 66

Bu gün - Ramazan ayının son cüməsi Beynəlxalq Qüds Günüdür

Bu gün - Ramazan ayının son cüməsi Beynəlxalq Qüds Günüdür

10:34, 22.05.2020

1982-ci ildən qeyd olunan bu əhəmiyyətli hadisə tədricən digər müsəlman dövlətlərində, müsəlman xalqları arasında da öz əhəmiyyətini və öz yerini almağa müvəffəq olur.

 

İslaminSesi info – Mübarək ramazan ayı mənəviyyat, vəhdət ayıdır. Bu ayda mömin, inanclı insanlar sanki Rəhmanın rəhmət çırağı ətrafında toplaşırlar. Oruc tutan insanlar zahirən bir vəziyyətdə müşahidə olunur. Necəki bunu həcc mərasimində də müşahidə etmək olur.

 

Ötən əsrin 79-cu ilində baş vermiş İslam inqilabının lideri Ayətullah Musəvi Xomeyni (r) insanlar arasında həm zahiri, həm də mənəvi bir vəhdətin yarandığı bir vaxtı xüsusi şəkildə dəyərləndirərək bütün müsəlman xalqlarını bir bayraq altında birləşdirəcək bir şüar təsis etdi. Bu “Qüds günü” şüarı idi.

 

Ayətullah Xomeyni ramazan ayı hisslərini yaşamış, qəlbi iman nuru ilə paklanmış möminləri bu mübarək ayın son cüməsi günündə vəhdətə, birliyə, müsəlmançılığın, insanlığın ağrı və acılarını kollektiv şəkildə hiss etməyə çağırdı. Yəni vəhdət şəkildə hiss edib, vəhdət şəklində bir güc olub düşmənə arşı bir olmaq.

 

1982-ci ildən qeyd olunan bu əhəmiyyətli hadisə tədricən digər müsəlman dövlətlərində, müsəlman xalqları arasında da öz əhəmiyyətini və öz yerini almağa müvəffəq olur.

 

Qüds şəhəri Allah Təala yanında dəyərli olan bu müqəddəs məkan,  imanlı, inanclı olanlar üçün çox önəmli müqəddəs bir yerdir. Çünki bu məkan əsası tövhid prinsipləri ilə qoyulmuş bir məkandır. Bu məkan özündə yüzlərlə ilahi peyğəmbərin pak nəfəsini qoruyub saxlayır. Bu məkan tövhidin əvvəli, İslamin ilk qibləsidir.

 

Həmçinin bu müqəddəs məkan,  fitnəkərlar və heç bir müqəddəslik hissi olmayanlar üçün də öz çirkin hədəflərinə çatmaq üçün önəmli bir vasitədir. Bu müqəddəs məkanın əhəmiyyətindən istifadə edib müxtəlif səmavi dinlərə etiqadı olan insanlar arasında fitnə qoparır, insanların hissləri ilə oynayıb onları üz-üzə gətirirlər. Əlbəttəki tarix özü də buna şahiddir, xüsusən də milyonlarla insanın qırğınına səbəb olmuş Səlib yürüşləri!

 

Bu gün də Fələstində və digər müsəlman ölkələrində acınacaqlı vəzyətdədir. Qüds, digər Fələstin əraziləri sionizm təcavüzü ilə qarşı-qarşıyadır. Bu ərazilərdən didərgin salınan 5 milyondan artıq fələstinli dünyanın müxtəlif ölkələrində, düşərgələrdə evlərinə qayıtmaq ümidi ilə qçqın vəzyətində yaşayırlar. Min illərdir bu ərazilərdə yaşayan yerli fələstinlilər bu gün Qüds ətrafında, öz tarixi torpaqlarında ev, tikmək, ev almaq icazəsi yoxdur. Bu da müsəlman əhaliyə zülm və onların köçürülməsi siyasətinə xidmət edən amildir.

 

Mərhum Ayətullah Xomeyni Qüds çağrışı etməklə bütün inanclı, Allaha etiqad olan insanlara səslənir. Hansı dində olmasından aslı olmayaraq Vahid Allaha inanan hər bir insanı həm fələstinlilərin haqqlarını qorumağa, həm də bütün müsəlman torpaqlarını qorumağa çağırır.

 

1982-ci ildə bəri hər il olduğu kimi, bu il də mübarək ramazan ayının son cümə günü Beynəlxalq Qüds Günü kimi qeyd.

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər