İSLAM

Hit : 750

Bu gün peyğəmbər səhabəsi Salman Farsinin vəfatı günüdür - İmam Əlinin (ə) sadiq dostu

Bu gün peyğəmbər səhabəsi Salman Farsinin vəfatı günüdür - İmam Əlinin (ə) sadiq dostu

10:19, 07.10.2019

İslam dinin bəşərə ən böyük töhvələrindən biri də insanlar arasında hər növ irqi, maddi, fiziki ayrıseçkiliyi ləğv edərək bütün insanları iman və ədalət əsasında bir araya gətirməsidir. İnsana dəyər verən, ona üstünlük və fəzilət bəxş edən onun imanı və Allaha olan yaxınlığıdır. Quran bu mətləbə işarə edərək buyurur: “Sizin ən üstününüz Allahdan ən çox qorxanınızdır (Pis işlərdən çəkinəninizdir)” (Hucurat-13)

 

İllər ərzində insanların zehniyyətinə nüfuz edən bu təəssübkeşlik hissinin ən pik həddinə çatan bir vaxtlarda Allahın peyğəmbəri (s) zühur edərək qəlbində iman nuru cilvələnən bütün pak niyyətli insanları öz ətrafına yığaraq nümunəvi bir cəmiyyət qurdu. Bütün bu insanları vahid bir dəyər, iman birləşdirirdi.

 

Salman Farsi də uzaq ellərdən bu peyğəmbər nurunun sorağı ilə gəlib çıxan şəxslərdən idi.Mötəbər mənbələrə görə Salman fars əsilli bir səhabədir. O əvvəl Zərdüş dinində olmuş, sonra məsihiliyi qəbul etmiş, məsihi rahiblərindən dərslər almışdır. Daha sonra Şama səfər etmiş, bu sırada Bəni Kilab qəbiləsi tərəfindən tutulub əsir kimi satılmışdır. Sonra Bəni Quzeyfədən olan bir kişi ilə Mədinəyə gəlmiş, o Həzrətə (z) iman gətirmişdir. Sonra Allah Rəsulu (s) onu alıb azd etmişdir.

 

Salman Farsi ömrü boyu Peyğəmbərin (s) və Hz.Əlinin (ə) sadiq dostlarından olmuş və Allah Rəsulu (s) onudaima Əhli Beytdən (ə) biri kimi təqdim etmişdir. Bütün döyüşlərdə Peyğəmbərin (s) yanında olmuş, o Həzrəti (s) bütün varlığı ilə qurumuşdur. Xəndək döyüşündə xəndəyin qazılması Salman Farsinin təklifi ilə olmuşdur.

 

Salman Farsi səqifə hadisəsində iştirak etmiş, Səqifə tərəftarları ilə müxalif olmuşdur. Lakin Hz. Əlinin (ə) göstərişi ilə aşkar müxalifətdən çəkinmişir.

 

İkinci xəlifə Salmanı Mədain şəhərinə göndərmək istəyir. Salman Hz. Əlidən (ə) icazə aldıqdan sonra Mədainə vali kimi gedir və ömrünün axırına kimi orada yaşayır. O öz məişətini səbət düzəltməklə təmin edirdi.

 

Mənbələrə əsasən Salman uzun ömür sürmüş, hicri 36-cı ildə Mədaində vəfat etmişdir. Hz. Əli (ə) Mədinədən Mədainə gəlib o sadiq səhabəni qüsul-kəfən edib, öz əlləri ilə torpağa tapşırmışdır. Hazırda məzarı həmin şəhərdədir.

 

Allah Rəsulu (s) öz mübarək kəlimələrində Salmanı mədh etmiş, onu Hz. Əli (ə), Əbuzərlə bir arada tutmuş və cənnət bu 3 şəxsin intizarındadır deyə buyurmuşdur.

 

İslaminsesi.info

Yaşar Nuriyev

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər