İSLAM

Hit : 568

Bu gün onuncu İmam Əli ən-Nəqi (ə)-ın şəhadəti günüdür

Bu gün onuncu İmam Əli ən-Nəqi (ə)-ın şəhadəti günüdür

10:01, 27.02.2020

İmam, Abbasi xəlifəsi Mötəmid Abbasinin dövründə 254-cü ildə Samirada zəhərlənib, şəhid edilmişdir. İmam Hadi (ə) 20 il həbsdə olduğu elə həmin evdə də dəfn edilmişdir. İmamın məzarı Samirra şəhərindədir

 

İslaminSesi.info xəbər verir ki bugün rəcəb ayının üçü müsəlmanların 10-cu imamı Əli ən-Nəqi əl-Hadinin (ə) şəhadət gününə təsadüf edir.

 

Həzrət Əli ibni Muhəmməd əl-Hadi (ə) 214-cü hicri ilində dünyaya gəlmiş və 254-cü ildə şəhid olmuşdur. Onun ləqəbi Hadi idi. Həzrət 233-cü ilə qədər Mədinədə yaşamışdır. Bu ildən sonra isə Samira şəhərinə aparılmışdır. Ömürünün axırına qədər bu şəhərdə nəzarət altında yaşamışdır. İmam Hadi (ə) bir neçə Abbasi xəlifəsinin dövründə imamlıq etmişdir. Daha çox Mütəvəkkil Abbasinin dövründə yaşamışdır.

 

Mütəvəkkilin xilafətinin ilk illərində yəni, 233-cü ildə İmamı (ə) Samiraya göndərir. O zaman Samira Abbasi xilafətinin mərkəzi idi.

 

Xəlifənin hədəfi onu nəzarəti altında saxlamaq idi. Mütəvəkkil başqa xəlifələr kimi Ələvilərin qiyamından qorxurdu. Onu Samiraya gətirməklə bu qiyamın qarşısını almış oldu. Mütəvəkkil zahirdə İmama (ə) hörmət etdiyini göstərməyə çalışırdı. Ancaq əslində bütün hədəfi Əhli-beyt (ə) davamçıları ilə əlaqəsini kəsmək olmuşdur. Bəzən əsgərlər İmamın (ə) evini axtarırdılar. Mütəvəkkil o qədər qatı düşmən idi ki, hətta aşkarda İmama (ə) nalayiq sözləri deməyi belə bacarırdı. Onun dövründə İmam bir müddət zindana və ən pis krslardan birinə atıldı.

 

237-ci ildə Mütəvəkkil İmam Hüseynin (ə) Kərbəladakı hərəmini dağıtmağı əmr etdi. Əmr etdi ki, hərəmə gedən suyu bağlasınlar və qəbri yerlə yeksan edərək, şumlasınlar. O, ölməmişdən qabaq İmamın (ə) qətlinə əmr edir və əmri yerinə yetməmiş özü yatağında öldürülür.

 

Əhli-beyt (ə) alimləri, hədis yazanları hər bir şəhərdə İmam (ə) tərəfindən vəkil seçilirdilər. İnsanların İmamla (ə) aralarında olan yazışmalarına kömək edirdilər. Bu məsələ elmi və maliyyə cəhətindən olurdu. İnsanlar İmamın (ə) əmri ilə mali haqlarını (xums, zəkat) vəkilə verirdilər. Vəkil də bu pulu İmama (ə) çatdırırdı. Suallara cavab vermək də onların vasitəsilə həyata keçirilirdi.

 

İmamın (ə) tərəfdaşları arasında Əli ibni Cəfər Minavi kimi şəxsiyyətlərə rast gəlirik. O, Mütəvəkkil tərəfindən zindana atılmışdı. Xəlifə onu öldrümək istəyirdi. Başqa bir tanınmış ad İbni Səkiyyətdir ki, xəlifə onu şəhid edir.

 

İmam, Abbasi xəlifəsi Mötəmid Abbasinin dövründə 254-cü ildə Samirada zəhərlənib, şəhid edilmişdir. İmam Hadi (ə) 20 il həbsdə olduğu elə həmin evdə də dəfn edilmişdir. İmamın məzarı Samirra şəhərindədir

 

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər