İSLAM

Hit : 364

Bu gün İmam Cavad (ə)-ın mövlud günüdür

Bu gün İmam Cavad (ə)-ın mövlud günüdür

10:00, 05.03.2020

Cavad ləqəbli həzrət Muhəmməd ibn Əli ibn Musa (ə) imamiyyə etiqadında olanların doqquzuncu imamıdır.

 

İslaminSesi İmam Cavad (ə) hicri 195-220 illərdə  yaşayıb. Hicri 195-ci ildə Mədinədə dünyaya göz açan İmam atası İmam Rza (ə) ın şəhadətindən sonra səkkiz yaşında imamət məqamına yetişib.

 

İmam Cavadın (ə) imamət dövrü 17 il olub və ən gənc yaşında şəhadətə yetişmiş imamdır. O həzrət (ə) 25 yaşında Abbası xəlifəsi Mötəsimin vaxtında şəhadətə qovuşub. 



İmam Cavad (ə) tarix kitablarında ikinci Əba Cəfər, həmçinin Təqi, Zəki, Murtəza, Muxtar kimi ləqəblərlə də tanınır.

 

Şeyx Mufid (r) İmam Cavadın (ə) dörd: Əli, Musa, Fatimə və İmamə adlı övladlarının olduğunu yazır.

 

İmam Cavad (ə)ın yaşadığı dövr digər imamların (ə) dövrü kimi çox ağır olub. Lakin bütün bunlara baxmayaraq İmam (ə) elm məclislərində iştirak edir, yerli və qərb alimlərini öz hikmətli kəlamları ilə mat qoyurdu. Həmçinin bütün bunlarla yanaşı həqiqi Allah dininin, Quran maarifinin genişlənməsinə vəsilə olurdu. Hədis Elmi və Hədis Maarifi Araşdırma mərkəzinin rəisi höccətülislam vəl-müslimin seyid Kazim Təbatəbai ilə İmam Cavadın (ə) elmi yolunu nəzərdən keçirərək bu barədə belə deyir:

 

“İmam Cavad (ə) azad mübahisəni açıq ortaya qoyan ilk şəxsdir. Məmun Abbasinin yanında alimlərlə açıq mübahisəyə gedən, qəti dəlillərlə sözünün doğruluğunu sübuta yetirən İmam Cavad (ə) olub. Azad mübahisə bizə İslam mirasıdır. Azad mübahisə məsum imamların dövründə ərsəyə gəlib, İmam Cavadın (ə) dövründə onun vasitəsi ilə zövqlü şəkildə həyata keçirilib...”

  

İmam Cavadaı (ə) öz xilafıtinə təhlükə bilən Abbasi xəlifəsi Mötəsim o həzrəti (ə) öldürmək fikrinə düşdü. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib İmam Cavadı (ə) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. İmam Cavad (ə) şəhid olarkən mübarək ömründən cəmi 25-ci ilində idi.

 

İmam Cavad (ə) ən gənc yaşında şəhadətə yetişmiş imamdır. O həzrətin (ə) pak məzarı Bağdad yaxınlığında Kazimeyn şəhərində babası İmam Kazım (ə) la bir məqbərədə yerləşir. 

 

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər