İSLAM

Hit : 449

Bu gün həzrət Zeynəbi-Kübranın (s.ə) mövludu günüdür (Qısa tarixçə)

Bu gün həzrət Zeynəbi-Kübranın (s.ə) mövludu günüdür (Qısa tarixçə)

10:33, 01.01.2020

Hicri-qəməri tarixi ilə cəmadiul-əvvəl ayının 5-i, həzrəti Zeynəbin (s.ə.) doğum günüdür.

  

İslaminSesi - xəbər verir ki, xanım Zeynəb (s.ə.) hicrətin 5-cı ilində dünyaya gəlib və o ilk beş ilində Peyğəmbərlə (s) eyni zamanda yaşayıb.

 

 Həzrəti Zeynəbin atasi İmam Əli (ə), anası Xanım Zəhradır (s.ə).

 

 Tarixi faktlara əsasən, həzrəti Zeynəb (s.ə.) dünyaya gələrkən babası Məhəmməd (s) peyğəmbər döyüşdə imiş və məhz buna görə həzrəti Əli (s.ə.) onun adını qoymur və Peyğəmbəri (s) gözləyir. Peyğəmbər (s) döyüşdən qayıtdıqdan sonra Zeynəbi öpüb qucaqlayır, onu atasına bənzədir və onu “Zeynəb”, yəni "atasının bəzəyi və zinəti" adlandırır.

 

 Həzrəti Zeynəb (s.ə) qardaşı imam Hüseynlə (ə) birlikdə Aşura faciəsində çiyin-çiyinə zalım Yezidə qarşı mübarizə aparıb. İmam Hüseynin (ə) şəhid edilməsindən sonra Kufəyə, ordan da Şama əsir aparılan xanım Zeynəb (s.ə) qardaşının qiyamının mahiyyətini, hədəfini və fəlsəfəsini lazımınca müsəlmanlara çatdırıb. Məhz buna görədir ki, həzrəti Zeynəb (s.ə) imam Hüseyn (ə) inqilabının və Kərbəla hərəkatının tamamlayıcısı kimi yad edilir.

 

 Xanım Zeynəbin (s.ə) məqbərəsi Dəməşqdə yerləşir. Xanımın Dəməşqə köç etməsinə gəlincə, xanım (s.ə) Mədinədə olduğu müddətcə daim insanlara Kərbəlanın dəhşətlərini çatdırır, Yezid və ərtafının peyğəmbər (s) ailəsinə etdiyi zülmü bütün insanlara öz həqiqəti ilə anladırdı. “Zeynəbi Kubra minəl-məhdi iləl-ləhədi” kitabının müəllifi Əllamə Qəzvinin yazdığına görə Məkkənin o zamankı valisi Ömər bin Səid Əşdəq, Yezidə məktub yazır və Xanımın (s.ə) şəhərdən çıxarılmasını tələb edir. Bu istəyin üzərindən Yezid, həzrət Zeynəbin (s.ə) Mədinədən uzaqlaşdırılmasına göstəriş verir.

 

Həmin mənbənin yazdığına görə Xanım Zeynəbin (s.ə) həyat yoldaşı Abdullah bin Cəfər, xanımı (s.ə) və o xanımla birgə olan bir neçə Haşimi qadını özü ilə götürüb Şamda olan evinə gəlir.

 

Seyyid Muhəmməd Kazim Qəzvinin yazdığına əsasən Dəşəqdə məskunlaşan həzrət Zeynəb (s.ə), Yezid casusları tərəfindən zəhərlənir və hicrətin 62-ci ili rəcəb ayının 14-də şəhadətə qovuşur. Xanım (s.ə) Dəməşqdə dəfn edilir və zəhərlədilməsi Yezidin göstərişi ilə insanlardan gizli saxlanılır.

 

Suriyada təkfirçi və radikal qruplaşmaların təcüvüzü nəticəsində bu müqəddəs məkan dəfələrlə dağıntılara məruz qalıb. Görünür, elə 14 əsr əvvəl Kərbəla faciəsində Yezid və əlaltıları vasitəsilə Əhli-beytə qarşı aparılan vəhşi siyasət indi də Yezidin varislərinin əli ilə həyata keçirilir.

 

Hazırda Xanımın (ə) ziyarətgahı əmin əllərdədir.

 

 

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər