İSLAM

Hit : 41

Bu gecə ikinci Qədr gecəsidir - Mübarək gecələrin əməlləri

Bu gecə ikinci Qədr gecəsidir - Mübarək gecələrin əməlləri

12:23, 14.05.2020

Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir.(Qədr-3)

Qurani Kərimin də aşkar şəkildə bəyan etdiyi kimi "Qədr" gecəsi fəzilət baxımından min aydan üstündür, bu gücə Quranın Allah dərgahından nazil olduğu gecədir. Bunun üçün də hədislər və mötəbər mənbələrdə bu gecəni sübhə qədər oyaq qalmaq, zikr və ibadətlə məşğul olmaq tövsiyə olunur.

 

Qədr gecəsinin hansı gecədə olduğu haqqında tam məlumat yoxdur. Bunu bilmək Allahın xalis bəndələrinə nəsib olur. Amma hədislərdə bu gecənin qeyd olunan üc gecədən birinə: 18-19, 20-21, 22-23-ə keçən gecələrin birinə təsadüf etdiyi bildirilir.

 

Qədr gecələrini oyaq qalmaq, zikr və ibadətlə məşğul olmaq tövsiyə olunur.

 

İslaminSesi xəbər verir ki, bu gün mübarək Ramazan ayının 20-ci günüdür.  Qarşıda ikinci Qədr gecəsi gəlir. Bu mübarək gecələrin müştərək əməl və ibadətləri vardır ki, insanı böyük savab və xeyrə çatdırır. 

 

Qədr gecəsinin müstəhəb əməllərini təqdim edirik:

 

1-Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: “Əhya gecəsinin qüslünü edirəm qürbətən iləllah”. Bu qüslün böyük savabı vardır.

2- Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. 

3- Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: “Ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən Sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm

 4-Qədr gecəsinin namazı. Qədr gecəsinin namazının qaydası belədir:
Niyyət: “Qədr gecəsinin namazını qılıram qürbətən iləllah”. Sübh namazı kimi iki rükətlidir. Lakin hər həmd surəsindən sonra yeddi dəfə İxlas (Qul huvəllah) surəsi oxunulmalıdır. Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq (səcdə halında) yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyilir.
İmam Sadiq (ə) buyurur: “Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar

5-Quranı başa qoyub, Allahın, Peyğəmbərin (s) və İmamların (ə) adlarına and verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir: Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır: Əllahummə inni əsəlukə bikitabikəl-munzəl. Və ma fihi və fihi ismukəl əkbər. Və əsmaukəl-husna. Və ma yuxafu və yurca ən təcələni min utəqaikə minən-nar. Əllahummə bihəqqi hazəl-Quran və bihəqqi ən ərsəltəhu bih. Və bihəqqi kulli muminin mədəhtəhu fihi. Və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə mink.
Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini on dəfə de:

 

Bikə ya Allah. (10 dəfə)

Bi Muhəmmədin (s) (10 dəfə)

Bi Əliyyin (ə) (10 dəfə)

Bi Fatimətə (ə) (10 dəfə)
Bil Həsəni (ə) (10 dəfə)
Bil Hüseyni (ə) (10 dəfə)

Bi Əli ibn Hüseyn (ə) (10 dəfə)

Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə)
Bi Cəfər ibn Muhəmməd (ə) (10 dəfə)
Bi Musa ibn Cəfər (ə) (10 dəfə)
Bi Əli ibn Musa (ə) (10 dəfə)
Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə)
Bi Əli ibn Muhəmməd (ə) (10 dəfə)
Bi Həsən ibn Əli (ə) (10 dəfə)
Bil Hüccəti (ə.f) (10 dəfə)

 

Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və hacətlər istənilir


6- İmam Hüseyn (ə) ziyarətnaməsini oxumaq

7- 100 rəkət (sübh namazı kimi) müstəhəbi namaz qılmaq. (Yaxşı olar ki, boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını qılsın.)

Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salavat göndərmək. (Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd

8- Covşən-kəbir duasını oxumaq

- Həzrət Əlinin (ə) qatilinə lənət oxumaq. Yüz dəfə “Əllahummələn qətələtə Əmiril-möminin.” (Yəni: “İlahi, İmam Əlinin (ə) qatillərinə lənət et”)

Yüz dəfə 
“Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək

İmam Əlinin ziyarətnaməsini oxumaq. Əssəlamu Ələykə Ya Əmirəl-möminin!

Üçüncü əhya gecəsində Ənkəbut və rum surələrini oxumaq
Üçüncü əhya gecəsində 1000 dəfə qədr surəsini oxumaq

Üçüncü əhya gecəsində İmam Zaman (ə) duasını oxumaq

DİGƏR İSLAM XƏBƏRLƏRİ

bütün xəbərlər