SİYASƏT

Hit : 59

Bu da Avropada insan

Bu da Avropada insan "hüquqları"... - Fransada müsəlmanlar irqi və dini ayrı-seçkiliyə məruz qalırlar

11:11, 07.11.2019

Fransanın İctimai Rəy İnstitutu (İFOP) ölkə əhalisi arasında sorğu keçirib.

İslaminSesi xəbər verir ki, sorğunun nəticələrinə görə, Fransada hər 10 müsəlmandan 4-ü irqi və dini ayrı-seçkiliyə məruz qalıb.

 

Qeyd edilib ki, Fransadakı müsəlmanların 42 faizi həyatlarında bir dəfə də olsa mənsub olduqları dinə görə ayrı-seçkiliyin qurbanı olublar. Onların 28 faizi polis nəzarəti zamanı, 24 faizi iş, 22 faizi isə mənzil axtarışı zamanı ayrı-seçkiliklə üzləşiblər.

 

Sorğuya əsasən, Fransada yaşayan hər 4 müsəlmandan biri verbal zorakılığa, yaxud təhqirə məruz qalıb. Müsəlman olmayan əhali arasında isə bu rəqəm 9 faizə bərabər olub. Fiziki zorakıq halları isə müsəlman olmayan əhaliyə qarşı 3 faiz, müsəlmanlara qarşı isə 7 faiz olub.

 

Bildirilib ki, Fransada yaşayan müsəlman qadınlar kişilərə nisbətən daha artıq ayrı-seçkilik halları ilə qarşılaşıblar. Belə ki, qadınların 45 faizi, kişilərin isə 35 faizi ayrı-seçkilik qurbanı olub. Başını örtən müsəlman qadınların isə 60 faizi həyatlarında bir dəfə də olsa ayrı-seçkiliyə məruz qaldıqlarını, 37 faizi isə təhqir olunduqlarını bildiriblər./Report.az/

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər