DÜNYA

Hit : 61

Bir çox dünya ölkələri Fitr bayramının vaxtını açıqladı

Bir çox dünya ölkələri Fitr bayramının vaxtını açıqladı

14:55, 23.05.2020

20-yə yaxın İslam və müsəlman ölkəsi Fitr bayramının bazar gününə, mayın 24-nə təsadüf edəcəyini elan edib.

İslaminSesi xarici KİV-lərə istinadən xəbər verir ki, bir neçə İslam və müsəlman ölkələrinin fətva şuraları bu ilin ramazan ayı bayramının (Fitr günü) bazar gününə, yəni mayın 24-nə təsadüf edəcəyini elan edib.

 

Artıq 17 müsəlman ölkəsi rəsmi şəkildə bu barədə əhaliyə açıqlama verib.

 

Beləki Qətər İslam İşləri Nazirliyinin araşdırma komitəsinin açıqlamasına görə şənbə günü mübarək ramazan ayının son günü, bazar günü isə (24 may) şəvvalın biri, Fitr bayramı günüdür.

 

Həmçinin Fələstin baş müftisi də şənbə gününü mübarək ramazan ayının son günü olduğu barədə fətva verib.

 

Türkiyə də bayram gününün, astronomik hesablamalara əsasən bazar gününə təsadüf edəcəyini bildirib.

 

Səudiyyə Ərəbistanı, Küveyt, Yəmən, BƏƏ, İordaniya, Tunis, Misr, Liviya, Oman, Sudan, Mərakeş kimi ölkələr də bu ilin bayram gününü 24 may, bazar gününə təsadüf edəcəyi barədə rəsmi açıqlama verib.

 

İraqda Ayətullah Uzma Seyyid Əli Sistaninin dəftərxanası hələki bu barədə fətva verməyib, lakin İraqın “Məcməul-fuqəha” (Əhli-Sünnə) icması bu ilin bayram gününün 24 may, bazar gününə təsadüf edəcəyi barədə açıqlama verib.

 

İranda isə Ayətullah Ümza Seyyid Əli Xameneinin dəftərxanasının "hilalı izlmə" şöbəsinin yaydığı məlumata görə ekspertlərin rəyinə əsasən şənbə günü Şəvval ayının hilalını görə bilmək ehtimalı var və bazar günü (24 May 2020) Fitr bayramı ola bilər.

 

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər