ÖLKƏ

Hit : 108

Beyləqanda kütləvi dava: ölən və yaralananlar var

Beyləqanda kütləvi dava: ölən və yaralananlar var

15:41, 14.08.2019

Beyləqanda kütləvi dava olub.

 

İslaminSesi bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, avqustun 13-də Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi ərazisində kənd sakinləri E.Mürşüdov və onun qardaşı Şəmistan ilə S.Qasımov və M.Yusifov arasında baş vermiş münaqişə zəminində E.Mürşüdov bıçaqla S.Qasımova və M.Yusifova xəsarət yetirib.

 

Nəticədə S.Qasımov hadisə yerində ölüb, M.Yusifov isə xəstəxanaya yerləşdirilib.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mürşüdov və Şəmistan saxlanılıb.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər