İDMAN

Hit : 187

Beyin funksiyalarını və intellekti yaxşılaşdırmaq üçün SADƏ ÜSUL

Beyin funksiyalarını və intellekti yaxşılaşdırmaq üçün SADƏ ÜSUL

16:56, 03.07.2019

ABŞ-ın Oreqona Elm və Səhiyyə Universitetinin alimləri maraqlı araşdırma apararaq, belə nəticəyə gəliblər ki, , müntəzəm olaraq qısa müddətli idmanla məşğul olmaq beyinin yaddaş və qavrama funksiyalarını yaxşılaşdırır.

İslaminSesi-nin Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda MedicalXress-in press-relizində bildirilir.

 

Siçanların üzərində aparılan təcrübələr zamanı neyrobioloqlar sübut ediblər ki, fiziki aktivlik hippokampda (yaddaşın formalaşmasıyla bağlı olan beyin hissəsində) neyronların arasında əlaqələrin qurulmasına imkan yaradan genin fəaliyyətini gücləndirir.

 

Siçanların mərkəzi sinir sisteminin fəaliyyəti qaçış təkərinə yerləşdirildikləri zaman qiymətləndirilib. Onlar iki saat ərzində bir neçə kilometr qaçdıqan sonra məlum olub ki, 4 000 insan addımına bərabər fiziki yüklənmə siçanlarının beynində sinapsların (sinir hüceyrələri arasında əlaqələrin) formalaşmasına səbəb olur.

 

Burada əsas rolu hüceyrə membranının qatlanmasına səbəb olan Mtss1L geni oynayır. Nəticədə neyronların üzərində sinaptik birləşmələr əmələ gətirən dendrit çıxıntıları yaranır.

DİGƏR İDMAN XƏBƏRLƏRİ

bütün xəbərlər