ÖLKƏ

Hit : 131

Bəxtiyar Hacıyevdən “Pirr qələbəsi” – 6 məntəqədə nəticələr ləğv edildi

Bəxtiyar Hacıyevdən “Pirr qələbəsi” – 6 məntəqədə nəticələr ləğv edildi

20:15, 18.02.2020

Mərkəzi Seçki Komissiyasında 29 saylı Səbail seçki dairəsinin namizədi Bəxtiyar Hacıyevin müraciəti dinlənilib.

 

İslaminSesi xəbər verir ki, iclasda iştirak edən B. Hacıyev həmin dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsini tələb edib.

 

MSK üzvü Ramiz İbrahimov məlumat verib ki, B. Hacıyev 22 seçki məntəqəsində pozuntuların olduğunu iddia edib. R. İbrahimovun sözlərinə görə, namizədin komissiyaya müraciəti araşdırılıb. MSK üzvü araşdırmaların nəticəsində, bir neçə seçki məntəqəsinin protokollarında uyğunsuzluq olduğu aşkarlanıb. Təklif edib ki, 29 saylı Səbail Seçki dairəsinin bir sıra məntəqələri üzrə nəticələr ləğv edilsin. Komissiyanın ekspert qrupunun rəyi əsasında Bəxtiyar Hacıyevin şikayəti qismən təmin edilib.

 

Belə ki, 1, 5, 9, 11, 17, 25 saylı məntəqələrin nəticələri etibarsız sayılıb. Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən dairə üzrə məntəqələrin 2/5-sinin nəticələöri ləğv edilirsə, bu dairə üzrə nəticələr etibarsız sayılır. 29 saylı seçki dairəsində bu yetərsay təmin olunmadığından dairənin ümumi nəticələri ləğv edilmir.

Onu da qeyd edək ki, bu dairədən qalib namizəd Nigar Arpadaridir.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər