ÖLKƏ

Hit : 207

Bərdədə iki avtomobil toqquşdu - xəsarət alanlar var - FOTO

Bərdədə iki avtomobil toqquşdu - xəsarət alanlar var - FOTO

17:04, 11.11.2019

Bərdə rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

İslaminSesi Modern.az - a istinadən xəbər verir ki, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.

 

Belə ki, "Mercedes" və "Honda" markalı avtomobillərin toqquşması nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün olan 1963-cu il təvəllüdlü Tağıyeva Gülzar Savalan qızı, 1999-cu ildə anadan olmuş Tağızadə Vüsal Zahid oğlu və 1990- cu il təvəllüdlü Tağıyev Elnur Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

 

Yaralılar təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

 

Faktla bağlı araşdırma aparılır.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər