ÖLKƏ

Hit : 30

Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 12-yə çatdı

Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 12-yə çatdı

20:18, 07.11.2019

Bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak üçün müraciət edən siyasi partiyaların sayı 12-yə çatıb.

 

İslaminSesi Modern.az - a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

 

MSK sədrin in sözlərinə görə, Vəhdət Partiyasının (sədri deputat Tahir Kərimli) bələdiyyət seçkilərində səlahiyyətli nümayəndəsinin qeydə alınması ilə seçkilərdə iştirak edəcək siyasi partiyaların sayı 12-yə çatıb.

 

Bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və “Ana Vətən” Partiyasının səlahiyyəti nümayəndələri qeydə alınıb.

 

Qeyd edək ki, bugünkü iclasda seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları təsdiqlənib.

Bildirilib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı seçki bülletenlərinin sayı 5 milyon 20 min 287 olacaq.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər