DÜNYA

Hit : 30

Bayden seçki yarışında yenidən Trampı qabaqladı

Bayden seçki yarışında yenidən Trampı qabaqladı

09:45, 04.06.2020

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd, keçmiş vitse-prezident Co Bayden seçki yarışında yenidən hazırkı prezident Donald Trampı qabaqlayıb.

“Report”un xəbərinə görə, bu barədə “The Hill” nəşri Monmut universitetinin keçirdiyi sorğuya əsasən məlumat verib.

 

C.Bayden sorğuda iştirak edənlərin 52 faizi tərəfindən dəstəklənib, 41 faiz isə D.Trampa üstünlük verib.


Qeyd edək ki, Trampın reytinqinin düşməsinə səbəb koronavirusa qarşı mübarizə və afroamerikalı Corc Floydun ölümü ilə bağlı keçirilən etiraz aksiyalarıdır.


Xatırladaq ki, ötən ay ölkə üzrə qeydə alınmış seçicilərin 51 fazi Baydeni dəstəkləyib. Trampın tərəfini isə 46 faiz seçici tutmuşdu.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər