ÖLKƏ

Hit : 267

Bakıda zibilliyin içindən nadir kitab tapıldı - FOTO

Bakıda zibilliyin içindən nadir kitab tapıldı - FOTO

12:58, 17.10.2019

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmə prosesi zamanı 19-cu əsrdə dərc edilmiş nadir kitab tapılıb.

 

İslaminSesinin Trend-ə istinadən verdiyi məlumata görə, şair, filosof və alim Abdurrəhman Caminin 12-ci əsrdə yaşamış Misir alimi İbn Hacibin “El-Kafiye” əsərinə şərhi barədə olan kitab 1892-ci ildə ərəb dilində İstanbulda nəşr olunub.

 

Kitab hazırda Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun “Qeyri-adi tapıntılar” guşəsində saxlanılır.

 

Qeyd edək ki, çeşidləmə zamanı aşkar olunan maraqlı əşyalar “Qeyri-adi tapıntılar” guşəsində yerləşdirilməklə “Təmiz Şəhər” ASC-yə təşkil olunan məlumat turlarnın iştirakçılarına nümayiş edilir.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər