ÖLKƏ

Hit : 349

Bakıda külək məcburi köçkünün həyatına son qoydu - FOTO

Bakıda külək məcburi köçkünün həyatına son qoydu - FOTO

13:07, 02.03.2020

Ötən gün saat 17:00 radələrində Bakının Pirşağa qəsəbəsində bədbəxt hadisə qeydə alınıb. Təbii fəlakət nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün Həsənov İsmət Məhəmməd oğlu dünyasını dəyşib.

 

İslaminSesi  xəbər verir ki, hadisənin təfərrüatlarını modern.az saytına danışan mərhumun yaxını bildirib ki, yuxarıda qeyd edilən saatlarda İsmət Həsənov şəxsi avtomobili ilə evinə dönüb. O, darvazanı açıb və avtomobili həyətə salıb.

 

Sonra darvazanı bağlamaq istəyərkən güclü külək darvazanı və barını onun üstünə yıxıb.

 

İsmət Həsənov hadisə yerindəcə keçinib.

 

Qeyd edək ki, əslən Kəlbəcərdən məcburi köçkün olan İsmət Həsənov torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdi.

 

Bütün tanıyanlar onu çox Vətənpərvər, səmimi, xeyirxah, hər kəsin işinə yarayan, sadə bir insan kimi xarakterizə edir.

 

İsmət Həsənov Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin Nəqliyyat Xidməti Şöbəsində sürücü işləyib.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər