ÖLKƏ

Hit : 104

Bakıda keçiriləcək dünya çempionatına neçə bilet satılıb?

Bakıda keçiriləcək dünya çempionatına neçə bilet satılıb?

13:45, 10.09.2019

Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatına indiyədək satılan biletlərin sayı müəyyənləşib.

İslaminSesi - Unikal.org Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, mundial üçün artıq 8500-dən çox bilet satılıb. Satışın 45 %-ni onlayn sistemdən yararlanan xarici azarkeşlər təşkil edir.


Milli Gimnastika Arenası çempionat günlərində Rusiya, Türkiyə, Ukrayna, İsrail, Yaponiyadan olan fanatlarla yanaşı, Fransa, Almaniya, Bolqarıstan, İspaniya, İtaliya, Finlandiya, Xorvatiya, Niderland, Qazaxıstan, Malayziya, Meksika, Peru və Paraqvaydan olan azarkeşləri qonaq edəcək.


Qeyd edək ki, dünya çempionatı 16 - 22 sentyabrda keçiriləcək.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər