ÖLKƏ

Hit : 136

Bakıda HƏYƏCANLI ANLAR - Yaşayış binasının yaxınlığında qumbara tapıldı

Bakıda HƏYƏCANLI ANLAR - Yaşayış binasının yaxınlığında qumbara tapıldı

10:40, 03.07.2019

Bakının Binəqədi rayonu Əcəmi Naxçivani küçəsi 26-da 9 mərtəbəli yaşayış binasının yaxınlığında əl qumbarası tapılıb.

Məlumata görə, hazırda hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin  və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları gəlib. 

 

Mütəxəssislər tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə hazırda baxış keçirilir, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd əl qumbarası aşkar olunub.

 

Hazırda qumbaranın zərərsizləşdirilməsi üçün sözügedən qurumların əməkdaşları iş aparır. 

 

Hadisə yerindən verilən məlumata görə, qumbara ağacın dibinə basdırılıb. Vətəndaşlardan biri bunu aşkar etdiyi üçün, polisə məlumat verib. Hazırda qumbaranın kim  və nə vaxt həmin əraziyə basdırıldığı istiqamətində araşdırma aparılır. 

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər