ÖLKƏ

Hit : 28

Bakıda gözətçini öldürüb 40 min manat oğurlayan dəstə tutuldu

Bakıda gözətçini öldürüb 40 min manat oğurlayan dəstə tutuldu

09:36, 03.06.2020

Hadisə iyunun 1-də səhər saat 06 radələrində baş verib.


Belə ki, Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun meyiti Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində yerləşən işlədiyi mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman mağazanın seyfindən 40 min manat məbləğində pul vəsaitinin oğurlandığı müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər  rayon sakini, 1993-cü il təvəllüdlü Fuad Yusifli və Kürdəmir rayon sakini 1992-ci il təvəllüdlü Sadiq Cəlalov tutulublar.

Onların qarət etdikləri 40 min manat müşahidə kamerasının yaddaş bloku maddi sübut kimi götürülüb.

 

Azvision.az

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər