ÖLKƏ

Hit : 235

Bakıda Aşura mərasimləri böyük izdihamla keçirilib – Foto + Video

Bakıda Aşura mərasimləri böyük izdihamla keçirilib – Foto + Video

14:55, 10.09.2019

Bu gün Peyğəmbər (ə) nəvəsi, İmam Əli (ə) və Xanım Fatimeyi Zəhra (s.ə) övladı olan İmam Hüseyn (ə) –ın Kərbəla çölündə şəhid edildiyi gündür.

 

İslaminSesi xəbər verir ki, 72 nəfər tərəfdarı ilə Kərbəlada Yezid ibn Müaviyyənin ordusu tərəfindən şəhid edilən İmam Hüseyn (ə) - ın, özündən sonra qoyduğu yol bu gün də milyonlarla Əhli-Beyt aşiqi tərəfindən uğurla davam etdirilir.

 

Dünya müsəlmanları hər il Aşura günündə məscidlərə axışır,  İmam Hüseyn (ə) və tərəfdarlarına əza saxlayaraq, xütbələr oxuyur və mərsiyyə deyirlər.  

 

Hər il olduğu kimi, bu il  Aşura günü Azərbaycanda da böyük coşqu və izdiham yaşanıb.  Əhli-Beyt sevər müsəlman Azərbaycan xalqı məscidlərə axışaraq İmam Hüseyn (ə) –a əza nümayiş etdirib və mərsiyyələr oxuyub. İnsanlar “Ləbbeyk Ya Hüseyn” şüarları səsləndirərək, Yezidə lənət yağdırıblar.

 

Bundan başqa şəhərin müxtəlif küçə və prospektlərində  insanlar çadırlar quraraq, İmam Hüseyn (ə) adından ehsanlar paylayıblar.

 

“İslaminSesi” nin əməkdaşlarının Bakıda yerləşən məscidlərdə çəkdikləri əzadarlıq mərasimlərini təqdim edirik.

 

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər