ÖLKƏ

Hit : 54

Bakı-Şamaxı yolunda ağır qəza - 4 nəfər həyatını itirdi (Yenilənib) FOTO

Bakı-Şamaxı yolunda ağır qəza - 4 nəfər həyatını itirdi (Yenilənib) FOTO

10:45, 26.05.2020

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

 

İslaminSesi FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

 

Trend-in məlumatına görə, hadisə bu gün səhər Stansiya Sumqayıt yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlardan üçü hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan biri, sürücü olduğu deyilən 1984-cü il təvəllüdlü Ramil adlı şəxsdir.

 

 

Sumqayıtda ağır qəza ilə bağlı FHN məlumat yaydı (FOTO) (ƏLAVƏ OLUNUB) - Gallery Image

 

 

*********************************************

Hadisə Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb. Belə ki, "Saipa" və "Opel" markaı avtomobillər toqquşub. Nəticədə 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Ölənlərdən biri 1956-cı il təvəllüdlü Yusubov Mənaf Nüsubət oğludur. Hadisə nəticəsində dünyasını dəyişənlərin digərlərinin şəxsiyyəti müəyyənləşdirilir.

 

Xəsarət alanlar isə 1984-cü il təvəllüdlü Əliyev Ramil Gülhəsən oğlu və 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğludur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub (apa).

 

Qeyd edək ki, ölənlər "Saipa"nın sürücüsü və sərnişinləri olub.

Modern.az 

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər