ÖLKƏ

Hit : 130

Bakı polisi yeni dərs ilinin başlaması ilə bağlı tədbirə başladı - FOTO

Bakı polisi yeni dərs ilinin başlaması ilə bağlı tədbirə başladı - FOTO

10:46, 11.09.2019

Bakı şəhər Baş Polis İdarəsi yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik aylığına start verir.

 

İslaminSesi bildirir ki, idarənin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Modern.az-a açıqlamasında bildirib ki, Daxili İşlər Nazirliyinin rəhbərliyinin müvafiq göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 15-dən oktyabr ayının 15-dək "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək:

 

"Tədbirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır".

 

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər