ÖLKƏ

Hit : 37

Bakı Avtovağzalında saxlama kameraları istifadəyə verildi - QİYMƏTLƏR

Bakı Avtovağzalında saxlama kameraları istifadəyə verildi - QİYMƏTLƏR

12:41, 08.11.2019

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) saxlama kameraları yenilənərək istifadəyə verilib.

 

İslaminSesi xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən “BBAK” bildiriblər.

 

Saxlama kameraları həftənin 7 ( yeddi) günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir.

 

Kameralarından istifadə etmək üçün müəyyən olunan tariflər:

• 0-3 saat — 1 AZN
• 3-6 saat — 2 AzN
• 6-9 saat — 3 AZN
• 9-12 saat — 4 AZN
• 24 saat —- 5 AZN

Ödəniş predmetin (yükün) sayından asılı olmayaraq ayrılan dolab sayına görə müəyyən olunur. Yüklərin təhvili və eyni zamanda təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək mütləqdir.

BBAK-dən bildirilib ki, sərnişin yükü təqdim etdikdən sonra ona nömrə (jeton) təqdim olunur. Nömrənin (jetonun) itirilməsinə görə 5 AZN məbləğində cərimə tətbiq olunur!

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər