ÖLKƏ

Hit : 345

Bağlanmış banklarda dollar kreditlərinin restrukturizasiyası başlanır

Bağlanmış banklarda dollar kreditlərinin restrukturizasiyası başlanır

14:39, 27.05.2019

Azərbaycan Prezidentin 2019-cu il 28 fevral tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrasının təmin edilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələri qəbul olunur.

Ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank” ASC, "Dəmirbank" ASC, "Dekabank" ASC, "Yunayted Kredit Bank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Kredobank" ASC, "Atrabank" ASC, "Zaminbank” ASC, "Bank of Azerbaijan" ASC, "Royalbank" ASC, "Gəncəbank" ASC, “Azərbaycan Kredit Bankı” ASC, “Evrobank” ASC, “Birlikbank” ASC, “Debütbank” ASC və "Borçalı" KB-nin müştəriləri ləğv prosesində olan “Dəmirbank” ASC-nin Bakı şəhəri, Qarabağ küçəsi, 31, ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı müraciət edə bilərlər.
 
Əlavə məlumat almaq üçün əlaqə nömrələri: (012) 444-71-71 (daxili: 500).

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər