SİYASƏT

Hit : 137

“Bağdadinin uşağı və hayat yoldaşı əlimizdədir” - Ərdoğan (Video)

“Bağdadinin uşağı və hayat yoldaşı əlimizdədir” - Ərdoğan (Video)

13:37, 07.11.2019

Ötən gün İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin xanımı, bacısı, yeznəsi və digər ailə üzvlərinin saxlanıldığını açıqlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfəri öncəsində yeni məlumatları bölüşüb.

İslaminSesi.info-nun “haberler.com”a istinadən verdiyi xəbərə görə, Ərdoğan Ankaranın Esenboğa hava limanında jurnalistlərə açıqlamasında bildirib ki, Bağdadinin xanımı 1-1,5 ildir ki, Türkiyənin əlində olub.

 

“Bağdadinin yaxın ətrafı daha çox ölkəmizi hədəf almışdı. Sonuncu dəfə Suriyanın Hələb əyalətindəki Azaz şəhəri yaxınlığında bacısının əri və uşağı tutulmuşdu.

 

 

Həyat yoldaşı da 1-1,5 il idi ki, əlimizdə idi. Onun yanında uşağı da olub. Bu, DNT analizi ilə öz təsdiqini tapıb”, - deyə Ərdoğan bildirib.

 

Xatırladaq ki, Əbu Bəkr əl-Bağdadi 27 oktyabrda Suriyada keçirilmiş əməliyyat zamanı öldürülüb.Qafqazinfo

 

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər